32 C
Baku
Saturday, June 25, 2022

Bu ölkəyə giriş qaydaları yumşaldıldı

Almaniya hökuməti koronavirusa yoluxma hallarının azalması fonunda iyunun 1-dən etibarən yay mövsümü üçün ölkəyə giriş qaydalarını yumşaltmağı planlaşdırır.

Bu barədə Almaniyanın səhiyyə naziri Karl Lauterbax bildirib.

“Biz 3G qaydasını (bir çox sahələrdə girişin yalnız Qərb ölkələrinin vaksini ilə peyvənd edilən, xəstə olub sağalan və mənfi koronavirus testinə malik olan şəxslərə şamil edilməsi – red.) avqustun sonuna qədər ölkə ərazisinə giriş zamanı tətbiq etməyəcəyik”, – o deyib.

İyunun 1-dən etibarən ölkəyə qayıdan səyahətçilərin və digər şəxslərin peyvənd olunduğunu, xəstələnib sağaldığını və ya testdən keçdiyini sübut etməsinə ehtiyac qalmayacaq.

 

 

Son xəbərlər
Oxşar xəbərlər