12 C
Baku
Sunday, October 27, 2024

Bu ölkəyə girişdə 3 doza peyvənd tələb ediləcək

Yaponiyada epidemiyadan zərər görən turizm sektorunu canlandırmaq üçün sərhəd qapılarının xarici turistlərin üzünə açılması hədəflənir.

Baş nazir Kişida Fumio xarici turistlər üçün sərhəd tədbirlərini “tədricən” yüngülləşdirəcəklərini açıqlayıb.

Hökumət əvvəlcə ölkəyə qəbul edilən sərnişinlərin sayını 10.000-dən 20.000-ə qədər artıracaq. Müvafiq olaraq, iyun ayının əvvəlindən etibarən kiçik həcmli xarici turist qruplarının ölkəyə girişinə icazə veriləcək. Qrup üzvlərindən ən azı 3 doza peyvənd vurulması tələb olunacaq.

Müəyyən turizm məntəqələrini əvvəlcədən ziyarət edə biləcək qruplar arasında hallar aşkar olunarsa, yerli administrasiyaların epidemiyaya qarşı reaksiya imkanları ölçüləcək.

Qeyd edək ki, 2019-cu ildə ölkəyə 32 milyon xarici turist gəlib. Yaponiya Turizm Agentliyi, COVID-19 epidemiyasının yaratdığı sosial-iqtisadi şəraitdən sonra 2021-ci ildə ölkəyə 245 min 900 xarici turistin gəldiyini açıqlayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər