9 C
Baku
Friday, December 13, 2024

Bu ölkə “Aeroflot”un bank hesablarını blokladı

Rumıniyanın Vergilər üzrə Milli Agentliyi (ANAF) Rusiyanın “Aeroflot” şirkətinin ölkədəki nümayəndəliyinin bank hesablarını bloklayıb.

Vergi idarəsinin əmri dövlət administrasiyasının rəsmi aktlarını dərc edən “Monitorul Oficial” jurnalında yerləşdirilib.

Sənəddə Vitali Saveliev, Mixail Poluboyarinov və Sergey Çemezovun Avropa İttifaqının sanksiya siyahısında olduğu, “Aeroflot”un Rumıniya nümayəndəliyinin “Raiffeisen Bank”da olan 3 hesabının bloklandığı qeyd edilir.

Qeyd edək ki, bu, Rumıniyada fəaliyyət göstərən Rusiya şirkətinə qarşı tətbiq edilən ilk sanksiyadır.

 

 

Son xəbərlər
Digər xəbərlər