Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu ilə görüşüb.
Banker.az xəbər verir ki, görüşdə Məhəmməd Muizzu Maldivin Azərbaycan vətəndaşları üçün vizasız rejim tətbiq etdiyini deyərək, bunun qarşılıqlı xarakter alacağına ümidvarlığını ifadə edib.
Söhbət zamanı ölkələrimiz arasında turizm, sərmayələr və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.