Bu ölkə beynəlxalq uçuşları bərpa edir

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov yaxın vaxtlarda beynəlxalq uçuşların bərpası barədə göstəriş verib.

Bu haqda Prezident Berdiməhəmmədov Nazirlər Kabinetinin onlayn iclasında danışıb.

O, dünyada Covid-19 hadisələrinin normallaşdığını və bir çox ölkədə beynəlxalq səfərlər edildiyini bildirib.

Qeyd edək ki, iyunun 1-dən Türkmənistan həftədə bir dəfə Aşqabad-Dubay və Aşqabad-Kazan istiqamətlərinə müntəzəm uçuşlar həyata keçirməyə başlayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər