Niger Türkiyədən “Bayraktar TB2”, “HÜRKUŞ” və zirehli texnika alacaq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan bu barədə Niger Prezidenti Məhəmməd Bazumla telefon danışığı zamanı Türkiyənin Nigerin terrorla mübarizə səylərini dəstəklədiyini qeyd edib.