6 C
Baku
Sunday, December 15, 2024

Bu ölkə deputatlara “TikTok”u silməyi tövsiyə edib

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı Çinin hədə-qorxu mesajlarından narahat olan Yeni Zelandiya millət vəkillərini Çinin məxfi məlumatları sızdırmaması üçün TikTok-u silməyə çağırıb.
Banker.az xəbər verir ki, Türkiyənin “Sabah” qəzetində yer alan xəbərə görə, günlərdir davam edən bu qarşıdurma Sakit okeanın digər ölkələrini də narahat edib. Bu ölkələrdən biri də Yeni Zelandiyadır.
Çinin parlament sözçüsü bildirib ki, təhlükəsizlik baxımından bu proqramdan heç vaxt parlament cihazlarında istifadə edilməməlidir. Parlament xidmətinin mesajında ​​tətbiqi tamamilə silmək tövsiyə olunub. Lakin deputatlar inadla tətbiqi yükləyəcəklərsə, bu dəfə deputatlara verdikləri icazələrdən əmin olmaları ilə bağlı xəbərdarlıq edilib.
Ötən həftə də Nümayəndələr Palatasının spikeri Trevor Mallard bütün partiyaların nümayəndələrini parlament telefonlarında və cihazlarında TikTokdan istifadə etməməyə çağırmışdı.
Açıqlamada deyilir: “Bu yolla TikTok-un sahibi ByteDance və Çin hökumətinin cihazlarınızdakı məlumatlara daxil ola bilməsi mümkündür. Bu, təhlükəsizlik boşluğuna səbəb olur”.
Qeyd edək ki, Yeni Zelandiyada bir neçə siyasətçinin TikTok hesabı var. Onların hesablarını bağlayıb-bağlamayacaqları hələlik məlum deyil.
Çox uzun müddətdir ki, TikTok-un məlumat əldə etməsi ilə bağlı iddialar var. TikTok-un təhlükəsizliyindən və Çin hökumətinə yaxınlığından narahat olan ölkələr tez-tez proqramın bloklanması məsələsini gündəmə gətirirlər.
Son xəbərlər
Digər xəbərlər