14 C
Baku
Monday, May 6, 2024

Bu ölkə meymunçiçəyinə yoluxmaya görə lider oldu

ABŞ-da ötən sutka ərzində meymunçiçəyinə 1048 yeni yoluxma halı qeydə alınıb.

Bu barədə məlumatı “Daily Mail” yayıb.

Məlumata görə, bununla da ABŞ-da meymunçiçəyinə yoluxanların ümumi sayı 4639 nəfər təşkil edib.

ABŞ-da ən çox yoluxmanın Nyu-York, Vaşinqton və Kaliforniyada aşkar olunduğu bildirilir.

Bundan əvvəl isə, yoluxma sayına görə ilk pillədə İspaniya qərarlaşmışdı. Belə ki, ölkədə sözügedən xəstəliyə 3738 yoluxma qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) indiyədək 75 ölkədən 16 mindən çox meymunçiçəyinə yoluxma halını təsdiqləyib və 5 nəfərin öldüyünü açıqlayıb.

MənbəQafqazinfo
Son xəbərlər
 ⁠
Digər xəbərlər