Venesuela ölkədə müşahidə edilən 1 milyon faiz inflyasiyadan sonra valyutanın dəyişdirilməsi barədə qərar qəbul edib.
20 avqustdan etibarən pul vahidindən 5 sıfır atılacaq. Ən böyük əskinaz 500 bolivar, ən kiçik isə 2 bolivar olacaq. Hazırda ən böyük əskinaz 100 min bolivardır, lakin 1 sentdən daha az dəyərə sahibdir.
Prezident Nikolas Maduro açıqlama verərək bu addımın ölkə iqtisadiyyatında böyük inqilabi dəyişikliklərə səbəb olacağını bildirib.
Qeyd edək ki, Venesuelada 5 ildir iqtisadi böhran hökm sürür. Ölkədə qida və dərman qıtlığı bir çox insanın buranı tərk etməsi ilə nəticələnib.