5 C
Baku
Monday, January 6, 2025

Bu ölkə “qızıl vizanı” ləğv edir

Bu ilin aprel ayından etibarən İspaniyada “qızıl vizaların” verilişi dayandırılacaq.

Bu barədə İspaniya mətbuatında məlumat yayılıb.

KİV yazır ki, söhbət qoyulan investisiya müqabilində ölkədə yaşamaq hüququnun verilməsini nəzərdə tutan vizadan gedir. Yeni qərarın qüvvəyə minəcəyi tarixə qədər verilmiş “qızıl vizalar” isə nəzərdə tutulan tarixlərə qədər etibarlı olacaq.

Qeyd edək ki, İspaniyada ən geniş yayılmış investisiya variantı azı 500 min avro məbləğində olan daşınmaz əmlakın alınmasıdır. “Qızıl viza” əldə etmək istəyən investorlar bundan savayı İspan şirkətlərinin səhmlərinə bir milyon dollar və ondan artıq məbləğdə yatırım qoymaqla və ya iki milyon avro və ondan artıq məbləğdə dövlət istiqrazlarını almaqla buna nail ola bilirdi.

Mənbətrend
Son xəbərlər
Digər xəbərlər