10 C
Baku
Friday, December 13, 2024

Bu ölkə Rusiya qazından tamamilə imtina edən ilk Aİ ölkəsi oldu

Litva aprelin əvvəlindən Rusiya qazının idxalının tamamilə dayandıraraq, bu cür addım atan ilk Avropa İttifaqı üzvünə çevrilib.

Bu barədə Litvanın Energetika Nazirliyi məlumat verib.

Qeyd olunub ki, aprelin əvvəlindən Litvanın qaznəqli sistemi Rusiyadan qaz idxal etməyib. İndi Litvanın bütün qaz tələbatı Klaypeddəki mayeləşdirilmiş təbii qaz terminalı vasitəsilə həyata keçirilir. Hesablamalara görə, sözügedən terminal vasitəsilə tələbatı tamamilə ödəmək mümkün olacaq. Ancaq ehtiyac olacağı halda Latviya və Polşadan da qaz almaq mümkün olacaq.

“Biz “Qazprom”dan qaz alan dövlətlər arasında Rusiya qazının tədarükündən azad olan ilk Aİ ölkəsiyik”, – deyə Litvanın Energetika naziri Daynius Kreyvis bildirib.

 

 

Son xəbərlər
Digər xəbərlər