Estoniya hökuməti Rusiyadan təbii qazın idxalına tam qadağa qoyulması barədə qərar qəbul edib.
Bu barədə Estoniya mediası məlumat yayıb.
Qeyd olunur ki, qadağa 2026-cı ildən qüvvəyə minəcək və bütün növ qaz tədarükünə, o cümlədən mayeləşdirilmiş təbii qaz idxalına da şamil olunacaq.
Estoniyanın xarici işlər naziri Margus Tsahkna vurğulayıb ki, bu addım Estoniyanın Rusiyadan enerji asılılığını azaltmağa yönəlmiş ardıcıl siyasətinin bir hissəsidir.
“Biz Rusiyanın hərbi maşınını maliyyələşdirən gəlirləri azaltmağın yollarını axtaracağıq. Belarusun Rusiyanın hərəkətlərini dəstəklədiyini nəzərə alaraq, oxşar qadağalar Belarus üçün də tətbiq olunacaq”, – Tsahkna bildirib.