6 C
Baku
Sunday, December 15, 2024

Bu ölkə Rusiyanın bütün telekanallarının yayımını dayandırdı

Latviyada Elektron Media üzrə Milli Şura (NEPLP) ölkədə qalan 80 Rusiya telekanalının yayımını qadağan edib.

Bu barədə “Delfi” agentliyi məlumat yayıb. Bildirilir ki, bu qərar iyunun 9-da qüvvəyə minir və Rusiya Federasiyası müharibəni dayandırıb Krımı Ukraynaya qaytarana qədər qüvvədə qalacaq.

Qadağan edilən kanallar arasında “Kino24”, “Mir TV”, “Oxota i rıbalka”, “Perets” kanalları da var.

Xatırladaq ki, bundan əvvəl bildirilmişdi ki, Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketi çərçivəsində Rusiya kanallarını – “Rossiya24”, “İnternational” televiziya mərkəzi, “RTR Planeta”nı Aİ ərazisində kabel, peyk və internet yayımlarından ayıracaq.

 

 

Son xəbərlər
Digər xəbərlər