12 C
Baku
Tuesday, May 7, 2024

Bu ölkə Türkiyəyə 40 milyard dollar investisiya qoyacaq

Prezident Rəcəb Tayyib Ərdoğanın Dubaya səfəri zamanı Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında enerji, nəqliyyat və hərbi-sənaye kompleksi sahələrində əməkdaşlıq sazişləri paketinin imzalanması planlaşdırılır.

Səfərin hazırlığı ötən həftə BƏƏ-də vitse-prezident Cevdet Yılmaz və maliyyə naziri Mehmet Şimşək də daxil olmaqla Türkiyə nümayəndə heyəti tərəfindən müzakirə edilib.

Məlumata görə, danışıqlar zamanı Türkiyəyə 30-40 milyard dollar həcmində investisiya qoyuluşu barədə müzakirə aparılıb, Ərdoğanın səfəri zamanı bu planların həyata keçirilməsi üçün konkret addımlar atılacaq.

Belə ki, sazişlər paketi bərpa olunan enerji mənbələri, nəqliyyat sahəsində əməkdaşlığı, dağıdıcı zəlzələlərdən zərər çəkmiş regionların bərpası üzrə işlərin maliyyələşdirilməsini nəzərdə tutur. Ayrı bir bənd də hərbi-sənaye sahəsində əməkdaşlıq layihəsidir. Burada təkcə “Bayraktar” PUA-larının BƏƏ-yə satışından deyil, həm də onların qismən birgə istehsalından söhbət gedir. Qeyd olunub ki, BƏƏ-nin Türkiyəyə investisiyası birbaşa və uzunmüddətli olacaq.

Xatırladaq ki, 2021-ci ilin noyabrında o zaman Əbu-Dabinin vəliəhdi titulunu daşıyan Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Ankaraya səfər edib. Bu, BƏƏ-nin yüksək rütbəli hökumət rəsmisinin 2012-ci ildən bəri Türkiyəyə ilk səfəri idi. Sonra BƏƏ Türkiyə iqtisadiyyatına investisiya üçün 10 milyard dollar ayırdı. 2023-cü il mayın 4-də BƏƏ və Türkiyə növbəti beş il ərzində ölkələr arasında ticarəti 40 milyard dollara çatdırmağı hədəfləyən hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzaladılar. Şeyx Məhəmməd mayın sonunda keçirilən prezident seçkilərindən sonra iyunun 10-da Türkiyəyə səfər edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər