Ukrayna silahlı qüvvələrinin Rusiyanın vilayətlərini intensiv atəşə tutması ilə əlaqədar Türkmənistan hakimiyyəti öz vətəndaşlarını, tələbələri və əmək miqrantlarını təcili olaraq təxliyə edir.
Bu barədə “Türkmənistan xronikası” məlumat yayıb.
“İyulun 29-da səhər tezdən MTN-nin 10 zabiti və Daxili İşlər Nazirliyinin 15 əməkdaşından ibarət qrup Ukrayna tərəfindən atəşə tutulan yaşayış məntəqələrində yaşayan vətəndaşlarını müvəqqəti olaraq öz vətənlərinə və ya təhlükəsiz ərazilərə təxliyə etmək üçün dəniz yolu ilə Həştərxana gəlib. Vətənə qayıtmaq istəyənləri maşınla Həştərxana aparacaqlar. Müdafiə Nazirliyinə Türkmənistan vətəndaşlarını Həştərxandan Türkmənbaşına daşıyacaq iki gəmi hazırlamaq tapşırılıb. Türkmənbaşıdan isə onlar təyyarə və ya qatarla daimi yaşayış yerlərinə pulsuz aparılacaq. Həmçinin, “Türkmənistan” aviaşirkəti Moskvaya uçuşları dayandırıb”, – KİV-də qeyd olunub.