Polşa hökuməti açıq havada maska rejimi ilə bağlı yeni qərar verib.
Yeni qərara əsasən, açıq havada maska taxmaq məcburiyyəti aradan qaldırılır. Bununla belə, 1,5 metrlik sosial məsafə saxlamaq, nəqliyyatda, qəbiristanlıqda,park və bulvarlarda maska taxmaq məcburiyyəti qüvvədə qalır.
Qeyd edək ki, Polşada koronavirusa qarşı vaksinasiya dekabrın 27-dən başlayıb. Ölkədə 12,6 milyondan çox doz istifadə olunub. Birinci mərhələ üzrə əhalinin 9,4 milyon nəfəri, hər iki mərhələ üzrə isə 3,3 milyon nəfəri peyvənd olunub.