1 C
Baku
Saturday, December 14, 2024

Bu ölkədə baş qərargah rəisi prezident olacaq

Albaniyanın baş qərargah rəisi Bayram Beqac ölkənin prezidenti seçiləcək.

Bu barədə Albaniyanın baş naziri Edi Rama məlumat verib.

General-mayor orduda tibbi xidmət sahəsində müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2020-ci ildə NATO ölkəsinin silahlı qüvvələrinin baş qərargah rəisi olub.

Ramanın sözlərinə görə, onun partiyası 26 nəfərin namizədliyini müzakirə edib, lakin sonda qərara gəlib ki, Beqac növbəti 5 il ərzində Albaniyanın prezidenti olmaq üçün doğru adamdır.

Prezident 140 yerlik Albaniya parlamentinin beşdə üçünün səsi ilə seçilir. Bir neçə turda prezident seçilməyib. Şənbə günü keçiriləcək səsvermədə prezident sadə səs çoxluğu ilə seçiləcək. Parlamentdə Edir Ramanın partiyasının 74 deputatı var.

Parlamentar respublika idarəetmə sisteminə malik ölkədə prezidentin rolu əsasən simvolikdir, buna baxmayaraq, o, məhkəmə və ordu üzərində müəyyən səlahiyyətlərə malikdir.

 

 

Son xəbərlər
Digər xəbərlər