6 C
Baku
Sunday, December 15, 2024

Bu ölkədə döyüşmək üçün xaricə gedən könüllülər cəzalandırılacaq

“Ukrayna və ya başqa ölkələrdəki silahlı münaqişədə iştirak etmək üçün xaricə gedən Serbiya vətəndaşları qanunla ciddi şəkildə cəzalandırılacaq”.

Bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Almaniyanın xarici işlər naziri Annalena Berbokun Belqrada səfəri zamanı bildirib.

“Ukraynadakı münaqişə zonasında könüllülərə gəlincə, hər iki tərəf könüllüləri çağırdığından, sərtləşdirəcəyimiz Serbiya Respublikasının cinayət qanunvericiliyinə əsasən, Serbiyanın ərazi bütövlüyünü qorumayan istənilən halla bağlı münaqişələrdə iştirak etmək sərt cəzalandırılacaq. Hər hansı bir müharibədə iştirak etməli olduğunu düşünən hər kəsi qanun və konstitusiyaya uyğun olaraq ciddi şəkildə cəzalandıracağıq”, – Serbiya lideri birgə mətbuat konfransında vurğulayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər