26 C
Baku
Friday, August 8, 2025

Bu ölkədə “Dubay” şokoladları geri çağırılır

Britaniyanın Qida Standartları Agentliyi (FSA) son vaxtlar populyarlaşan Dubay üslubunda şokoladlar istehsal edən “Noesis”, “Fıx it” və “Le Damas Dubai” şokolad məhsullarının geri çağırılması barədə qərar çıxarıb.

Bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, buna səbəb həmin şokoladların tərkibində arxa etiketlərində göstərilməyən qoz-fındığın olmasıdır.

Qida Standartları Agentliyi həm istehlakçılara, həm də iaşə müəssisələrinə “sağlamlıq riski yaranmaması üçün” tədbir görməyi tövsiyə edir.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər