23 C
Baku
Sunday, September 29, 2024

Vyanada işıqforları “ağıllı kameralar” əvəz edəcək

Vyanada piyada keçidlərində quraşdırılacaq kameralar insanın yaxınlaşmasını müəyyənləşdirəcək və işıqforun hərəkətə icazə verən siqnalını yandıracaq.

“Sistem insanlar yolu keçməyə vaxt tapmadığı halda yaşıl siqnalın müddətini uzadacaq, əks halda isə onu vaxtından əvvəl söndürəcək. İstehsalçılar bildiriblər ki, insanın yaxınlaşmasını müəyyənləşdirməyə təxminən 2 saniyə tələb olunur. Beləliklə, Vyana hakimiyyəti şəhərdə yolun vəziyyətini yaxşılaşdırmaq istəyir.

2020-ci ildə bəzi keçidlərin yeni sistemlə təchizinə başlanılacaq. Yeni sistem ilk öncə sınaq rejimində işləyəcək.

©İctnews

Son xəbərlər
Digər xəbərlər