Hazırda Gürcüstanda fövqəladə qaydaların pozulmasına görə insanlar təxminən min dollar cərimə ödəyirlər. Fövqəladə və ya karantin qaydalarını təkrar pozan şəxslər 6 il müddətinə azadlıqdan məhrum ediləcəklər.
Bu barədə “Novosti Qruziya” agentliyi məlumat yayıb.
Gürcüstan parlamenti karantin və özünü təcridetmə qaydalarının pozulması ilə əlaqədar cərimələr və cinayət məsuliyyəti haqqında qanunvericiliyə dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.
Təsdiq bugünkü iclasda baş tutub, düzəlişlər 78 deputat tərəfindən dəstəklənib.
Qeyd edək ki, Gürcüstanda fövqəladə vəziyyət qaydalarını pozan şəxslər 3 min lari (təxminən 1000 dollar), hüquqi şəxslər isə 15 min lari (təqribən 4700 dollar) cərimə ödəyirlər. Səhiyyə Nazirliyinin məlumatına görə, Gürcüstanda 420 koronavirusa yoluxma halı aşkarlanıb.
©Report