13 C
Baku
Friday, April 26, 2024

Bu ölkədə koronavirus səbəbindən qatarlardan palatalar kimi istifadə ediləcək

Hindistanda bəzi dəmiryol qatarlarından koronavirusa yoluxan xəstələrin müalicəsi üçün palata kimi istifadə ediləcəyi bildirilir.

Bu barədə “Indian Times” qəzeti yazıb.

Qeyd edilib ki, yerli hökumət tərəfindən koronavirusun yayılmasının artacağı ehtimal edilərək ölkənin səhiyyə infrastrukturunu gücləndirilməsi üçün belə bir qərar qəbul eilib.

Baş nazir Narendra Modi 1,3 milyard əhalinin xəstəliyə yolxmaması üçün üç həftə qapalı vəziyyətdə – evdən çıxmamağı xahiş edib.

Hindistan Dəmir Yollarının məlumatında bildirilib ki, hər həftə 10 qatarın palataya çevirilməsi planlaşdırılıb: “Qatarlarda xəstələrin rahat sağalması üçün gigiyenik şərait yaradacaq”.

Xatırladaq ki, son məlumatlara görə, Hindistanda koronavirusdan 19 ölüm hadisəsi qeydə alınıb. Yoluxanların sayı isə 918 nəfərdir.

©APA

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər