7 C
Baku
Sunday, December 15, 2024

Bu ölkədə koronavirusa qarşı tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib

Braziliya hökuməti koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ildə tətbiq edilən fövqəladə vəziyyət rejimini ləğv edib.

TASS xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Marselo Keyroqa bildirib.

“Epidemioloji vəziyyətin yaxşılaşması, eləcə də əhalinin yüksək peyvəndləmə göstəriciləri ilə əlaqədar olaraq bu gün fövqəladə vəziyyət rejimi ləğv edilib. Bununla belə, biz bu virusla yaşamağa davam edəcəyik”, – nazir qeyd edib.

Braziliyada pandemiyanın başlanğıcından indiyədək 30,25 milyondan çox koronavirus infeksiyasına yoluxma halı aşkarlanıb, onlardan 662 mini ölümlə nəticələnib. 29,2 milyondan çox insan sağalıb, 363 min xəstə aktiv sayılır. 158 milyondan çox insan koronavirusa qarşı tam peyvənd olunub.

Son xəbərlər
Digər xəbərlər