8 C
Baku
Sunday, November 17, 2024

Bu ölkədə maska məcburiyyəti ləğv edilir

Belçikada maska məcburiyyəti ləğv edilir və “təhlükəsiz COVID kartı”nın istifadə sahəsi genişləndirilir.

Bunu ölkənin Baş naziri Aleksandr de Kro keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, ölkədə yetkinlik yaşına çatmış şəxslərin 84 faizi tam vaksinasiyadan keçib. Buna görə də oktyabrın 1-dən mağaza və qonaqlama sektorunda həm müştəri, həm də işçilər üçün maska məcburiyyəti ortadan qaldırılır.

Baş nazir əlavə edib ki, tibb müəssisələrində, gözəllik salonları və bərbərxanalarda maska taxılmalıdır.

Ölkədə oktyabrın 1-dən etibarən “təhlükəsiz COVID kartı” restoran, idman salonu kimi müxtəlif yerlərə girişdə istifadə ediləcək. Hələlik oktyabrın 31-dən keçərli olan tətbiq pandemiya ilə bağlı vəziyyətdən asılı olaraq 30 iyun 2022-ci ilə qədər uzadıla bilər

Oktyabrın 1-dən gecə klubları da “təhlükəsiz COVID kartı” şərti ilə açılacaq.

Son xəbərlər
Digər xəbərlər