Sinqapur hökuməti 2022-ci ildən fəaliyyətə başlayacaq 4 rəqəmsal banka lisenziya verib.
Sinqapur Mərkəzi Bankının rəsmisi Ravi Menonun sözlərinə görə, bu bankların ənənəvi banklar kimi uğurla fəaliyyət göstərəcəyi gözlənilir: “Ümid edirik ki, rəqəmli banklar həm fiziki, həm də hüquqi şəxslərə göstərilən maliyyə xidmətlərinin keyfiyyətini artıracaq”.
Qeyd edək ki, rəqəmli banklar ənənəvi banklar kimi müştərilərinə depozit yerləşdirmək, kredit götürmək, hesab açmaq, bank kartı əldə etmək imkanları yaradacaq. Amma onların müştəri xidmətləri ofisləri olmayacaq.