Somalinin Rabitə və Texnologiya Nazirliyi yeni qərarları açıqlayıb.
Nazirliyin təşkilatçılığı ilə keçirilən “Rabitə, İnternet və Sosial Media Təhlükəsizliyi Konfransı”ndan sonra açıqlana qərara əsasən ölkədə “Tiktok”, teleqram və “1XBET” qadağan edilib.
Qeyd olunub ki, “Tiktok”, teleqram və “1XBET” platformaları somalili gənclərin həyatına mənfi təsir göstərir və hətta ölümlərə səbəb olur.
Vurğulanıb ki, platformalar insanların həyat tərzinə təsir edir və pis davranışların artmasına səbəb olur.