8 C
Baku
Friday, December 13, 2024

Bu ölkədə yenidən karantin qaydaları sərtləşdirildi

Çində COVİD-19 ölümləri ilə bağlı tədbirlər sərtləşdirilib.

Pandemiya səbəbiylə ölüm hallarının qeydə alındığı Çinin paytaxtı Pekində bəzi məktəblər bağlanıb.

Belə ki, noyabrın 19 və 20-də Pekində yaşı 87-91 arasında olan üç nəfər koronavirus xəstəsi  vəfat edib.

Noyabrın 20-də paytaxtda ümumilikdə 962 yeni yoluxma faktı aşkar edilib ki, onlardan 266-sı karantin zonalarından kənarda qeydə alınıb.

Sürətli artımla yanaşı, digər şəhərlərdən Pekinə gələnlərə üç günlük karantin tələbi qoyulub.

Pekin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin direktor müavini Liu Xiaofeng noyabrın 21-də keçirdiyi mətbuat konfransı zamanı ölkədə vəziyyətin kritik olduğunu açıqlayıb:

“Şəhər koronavirus pandemiyası başlayandan bəri ən mürəkkəb nəzarət vəziyyətini yaşayır”.

Son xəbərlər
Digər xəbərlər