Bu ölkədə yenidən karantin qaydaları tətbiq edildi

Bolqarıstanda koronavirusa yoluxanların sayının artması ilə əlaqədar müvəqqəti karantin məhdudiyyətləri tətbiq edilib.

Bu barədə Bolqarıstanın Səhiyyə Nazirliyi müvafiq qərar qəbul edib.

Məhdudiyyətlər oktyabrın 12-dən qüvvəyə minəcək.

Məlumata görə, tibb müəssisələrində maska ​​taxmaq, fiziki məsafə saxlamaq, dezinfeksiya və otaqların tez-tez havalandırılması məcburi olacaq. Xəstəliyin əlamətləri olanlar işə və ya dərslərə getməyə bilər.

Qeyd edək ki, 6,5 milyon əhalisi olan Bolqarıstanda son bir gündə 721 nəfər COVID-10-a yoluxub.

Son xəbərlər
Digər xəbərlər