Bolqarıstan Respublikasının Vidin vilayətində qeydə alınmış Nyukasl xəstəliyi aradan qaldırılıb.
Banker.az xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Bununla əlaqədar, AQTA tərəfindən Bolqarıstan Respublikasının Vidin vilayətindən Azərbaycan Respublikasına bütün növ diri quş və quşçuluq məhsullarının idxalına tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb.
Eyni zamanda aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə məlumat verilib.