“2030-cu ilə qədər Albaniya, Moldova, Ukrayna və Monteneqro da daxil olmaqla, yeni ölkələr Avropa İttifaqına (Aİ) qoşula bilərlər”.
Bunu Brüsseldə keçirilən mətbuat konfransında Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas deyib.
“Biz 2030-cu ilə qədər Aİ-yə üzvlüyü yeni ölkələr üçün real məqsəd hesab edirik”, – deyə o bəyan edib.
Kallasın sözlərinə görə, Aİ-yə üzvlük həm də Ukrayna üçün mühüm təhlükəsizlik zəmanətinə çevrilməlidir.







