18 C
Baku
Monday, September 16, 2024

Bu ölkələr də vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı

Yaponiya Xarici İşlər Nazirliyi Ukraynada vətəndaşlar üçün 4-cü səviyyəli təhlükə elan edib.

Yaponiya vətəndaşlarını Ukraynanın ərazisini dərhal tərk etməyə və ölkəyə hər hansı səfərdən imtina etməyə çağırıb.

Qeyd edilib ki, böhranın həlli üçün davam edən diplomatik səylərə baxmayaraq vəziyyətin inkişafını proqnozlaşdırmaq mümkün deyil.

Niderland hökuməti də həmvətənlərini mümkün qədər tez Ukraynanı tərk etməyə çağırıb.

Bundan əvvəl Avropa Komissiyasının nümayəndəsi Peter Stano Aİ vətəndaşlarının Ukraynadan təxliyəsi ilə bağlı ümumi planların olmadığını bildirmişdi.

ABŞ Prezidenti Co Bayden amerikalıları Ukraynanı “hal-hazırda” tərk etməyə çağırıb. O vurğulayıb ki, Amerika qoşunları vətəndaşların təxliyyəsinə kömək edə bilməyəcək, çünki onlar heç bir halda Ukrayna ərazisində olmayacaqlar

 

 

Son xəbərlər
Digər xəbərlər