12 C
Baku
Saturday, November 23, 2024

Bu ölkələr pandemiyada yığılan borclara görə defoltla üzləşəcək – Dünya Bankı

74 aşağı gəlirli ölkə borc ödəmələrini bu il 10.9 milyard dollar artırmalı olacaq və nəticədə onlardan bəziləri defoltla üzləşəcək.

Banker.az xəbər verir ki, bu barədə Dünya Bankının məlumatlarına istinadən “Financial Times” yazıb.

2022-ci il ərzində onlar banklara və qeyri-bank təşkilatlarına təxminən 35 milyard dollar qaytarmalı olacaqlar (məbləğin 40%-dən çoxu Çin kreditorlarının payına düşür). Bu, 2020-ci illə müqayisədə 45% çoxdur.

Qəzet qeyd edir ki, 2022-ci ildə borc öhdəliklərinin kəskin artması pandemiya zamanı yoxsul ölkələrin pulu beynəlxalq təşkilatlardan deyil, kapital bazarlarından götürməsi ilə bağlıdır.

Məsələn, Şri-Lanka çətin vəziyyətdədir, tarixində ilk defoltdan qaçmaq üçün yanvar ayında ölkə 4.5 milyard dollar borc ödəməli olub. İnvestorlar həmçinin Qana, Salvador və Tunis də narahat edir.

Dünya Bankının prezidenti David Malpass xəbərdarlıq edib ki, kreditorların maliyyəni “çıxarmağa” təkan verməsi təsadüfi defolt riskini artıracaq. “FT” onun sözlərini sitat gətirib: “Ölkələr borcun ödənilməsi ilə elə bir vaxtda üzləşirlər ki, bunun üçün resursları yoxdur”.

Yoxsul ölkələrə təzyiqlər artır, çünki 2022-ci ildə pandemiyanın başlamasından sonra dayandırılan borc ödənişləri bərpa olunur. Söhbət aşağı gəlirli ölkələrə rəsmi ikitərəfli kreditorlara borc xidməti ödənişlərini müvəqqəti dayandırmağa imkan verən Borca Xidmət Moratorium Təşəbbüsündən gedir. Təşəbbüs G20 ölkələri tərəfindən 2020-ci ilin aprelində irəli sürülüb. Əvvəlcə həmin ilin sonunda başa çatması planlaşdırılıb, lakin sonradan 2021-ci ilin sonuna qədər uzadılıb. O, ən yoxsul 73 ölkəyə 20 milyard dollar qənaət etmək üçün nəzərdə tutulmuşdu, lakin proqramdan yalnız 42 ölkə yararlandı. Onlara yardım 12.7 milyard dollar təşkil edib.

Təşəbbüsü koordinasiya edən Paris Klubunun prezidenti Emmanuel Mulen dekabrın sonunda bir çox ölkələrin gələcəkdə Çindən maliyyə ala bilməyəcəklərindən qorxaraq borc yükünü azaltmağa çalışmadıqlarını söyləyib.

Bu arada, “FT” qeyd edir ki, mövcud borcların yenidən maliyyələşdirilməsi daha da çətinləşir. Pandemiyanın ilk iki ilində qlobal mərkəzi banklar faiz dərəcələrini aşağı salaraq hökumətlərin borc almasını nisbətən ucuzlaşdırdılar. Bununla belə, gözlənilən və ya artıq baş vermiş faiz artımı səbəbindən borclanma şərtləri pisləşəcək.

Son xəbərlər
Digər xəbərlər