26 C
Baku
Thursday, August 21, 2025

Bu ölkələrdə avtobus, metro, tramvay pulsuzdur

Bəzi ölkələrdə ictimai nəqliyyat tamamilə ödənişsizdir. Bu, bəzən xüsusi təbəqədən olan insanlara, bəzən də bütün yerli əhaliyə şamil olunur. Hətta elə ölkələr var ki, ora səyahət edən tursitlərə də aid edilir.

İctimai nəqliyyatın pulsuz olduğu ölkələrdən biri Lüksemburqdur.

Lüksemburq 1 mart 2020-ci il tarixindən etibarən bütün ölkə ərazisində tramvay, avtobus və qatar xidmətlərini pulsuz edib. Bu qərar sakinlər üçün deyil, həmçinin turistlərə də tətbiq olunur.

Estoniyada da Lüksemburqdakı kimi ictimai nəqliyyat yerli əhaliyə ödənişsiz xidmət edir. Lakin bu xidmət sadəcə 2013-cü ildən sonra qeydiyyatdan keçmiş vətəndaşlar üçün pulsuzdur. Burada Lüksemburqdan fərqli olaraq turistlər üçün ictimai nəqliyyat ödənişsizdir.

Maltada bu qayda 1 oktyabr 2022-ci ildən etibarən tətbiq edilir. Yerli sakinlər “Tallinja Kart” vasitəsilə pulsuz nəqliyyatdan yararlana bilirlər.

Serbiyada 1 yanvar 2025-ci ildən etibarən paytaxt Belqradda yalnız şəhər sakinləri üçün ictimai nəqliyyat pulsuz edilib.

MənbəBAKU.WS
Son xəbərlər
Digər xəbərlər