1 C
Baku
Saturday, December 14, 2024

Bu ölkələrdə COVID-19 məhdudiyyətləri ləğv edilir

Koronavirusla bağlı məhdudiyyətləri ləğv edən ölkələr sırasına Hollandiya da qoşulur. Belə ki, ölkədəki COVID-19 məhdudiyyətlərinin aradan qaldırılmasına qərar verilib.

Banker.az bu barədə Türkiyə mətbuatna istinadən xəbər verir.

Peyvənd olunma sayı və Omikron variantının nisbətən yüngül keçməsi bir çox ölkənin bəzi qadağalara son verməyinə səbəb olur.

İsveçin ardınca oxşar bir qərar Hollandiya tərəfindən verildi. Hollandiyada protestlərə səbəb olan karantin məhdudiyyətləri mərhələli olaraq aradan qaldırılır.

Hollandiyanın səhiyyə naziri Kuipers açıqlamasında bugündən etibarən ölkədə tətbiq olunan koronavirus məhdudiyyətlərinin aradan qaldırılacağını bildirərək pis günlərin keçdiyini, məhdudiyyətlərin sonu gəldiyini qeyd edib: “Hər kəsin COVID-19 olmasına baxmayaraq xəstə sayı aşağı düşüb, bu da göstərir ki, əlimizdəki nəticələrlə yeni mutasiya o qədər də qorxuducu deyil. COVID-19-a yoluxanların sayı yüksəkdir, amma xəstəxanaya yatış sayı aşağı olduğuna görə və xalqın böyük əksəriyyətinin peyvənd olunaraq immunitet qazanmağı COVID-19 məhdudiyyətlərinin sonunu gətirdi”.

Mərhələli olaraq bütün qadağalarn aradan qaldırılacağını ifadə edən Ernst evlərdə tətbiq olunan limitli qonaq qaydasının tamamilə aradan qaldırılaraq evlərə istənilən qədər qonaq qəbul edilə bilinəcəyini, gecə klublarının yerli saatla 01:00-a qədər xidmət göstərəcəyini açıqlayıb.

Karantin müddətinin 5 günə endirildiyini qeyd edən Ernst evdən işləməyin sona çatdığını dilə gətirib.

Restoran, teatr və kino zallarının 500 və daha çox müştəri qəbul edə biləcəyini açıqlayan Ernst 25 fevrala qədər peyvəndlənmə məlumatı, test nəticəsi və əvvəllər xəstəliyi keçirib keçirmədiyinə dair məlumatların daxil olduğu QR kod tətbiqinin davam edəcəyini və 25 fevraldan etibarən bu tətbiqin də sona çatacağını bildirib.

Maska və sosial məsafə qaydası ancaq ictimai nəqliyyatda və hava limanlarında tətbiq olunacaq.

Qeyd edək ki, ötən günlərdə İsveçdə koronavirus infeksiyasının qarşısının alınması məqsədilə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılmışdı. Bu qərar ilə kütləvi tədbirlərdə və restoranlarda insan sayı limiti ilə bağlı məhdudiyyətlər, kafe və restoranlar üçün tətbiq olunan vaxt limiti də sona çatmışdı.

2020-ci ilin mart ayında sərhədlərini bağlayan Avstraliya isə təxminən 2 il sonra yenidən dünyaya qapılarını açmaq qərarı vermişdi. Avstraliyann Baş naziri Skot Morrison açıqlamasında belə deyib: “Avstraliyanın sərhədlərini bağlamaq qərarımızın üstündən demək olar ki, 2 il keçir. Sərhədlərimizi bu ilin 21 fevralında qalan bütün viza sahiblərinə yenidən açmaq qərarı vermişik”. Morrisa 2 doza peyvənd şərtinin “hər kəsin əməl etməsi gözlənilən” qayda olduğunu da sözlərinə əlavə edib. Digər tərəfdən aparılan yeni bir araşdırmanın nəticəsində koronavirusa görə tətbiq olunan qapanmaların iqtisadi, sosial, təhsil cəhətdən və psixoloji nəticələri qapanmaların verə biləcəyi sağlıq faydalarından çox daha ağır olduğunu ifadə edib.

Cons Hopkins Universiteti Tətbiqi İqtisadiyyat İnstitutunun professorları Conas Herbi, Lars Conunq və Stiv Hank tərəfindən aparılan araşdırmalarn nəticəsinə əsasən, məktəb və iş yerlərində qapanmaların da daxil olduğu hərəkət və səyahət məhdudiyyətlərinin COVID-19-dan ölüm sayına çox az təsir edir və ya heç təsir etmir.

 

Son xəbərlər
Digər xəbərlər