12 C
Baku
Saturday, November 23, 2024

Bu ölkələrdə “iPhone” satışı qadağan oluna bilər

“Ericsson” şirkəti smartfonlarda 5G texnologiyasından istifadə edən “Apple”a qarşı patent hüquqlarının pozulması ilə bağlı iddia qaldırıb. Vurğulanır ki, istehsalçı bəzi ölkələrdə “iPhone” satışının qadağan olunmasını tələb edir.

Banker.az xəbər verir ki, son məlumatlara görə, “iPhone” satışı Braziliya, Hollandiya, Almaniya və Belçikada qadağan oluna bilər. ekspertlər növbəti sırada Böyük Britaniya və digər Avropa ölkələrinin gəldiyini hesab edirlər.

Problem “Apple”ın “Ericsson” patentlərini müddəti bitdikdən sonra yeniləmədiyi üçün yaranıb. Amerika korporasiyası lisenziya haqqının azaldılmasına nail olmağa çalışsa da, “Ericsson” bu şərtlə razılaşmayıb.

Qeyd etmək lazımdır ki, bu cür məhkəmə çəkişmələri adətən kifayət qədər uzun müddət davam edir. Bu, şirkətlərin gələcək əməkdaşlıq haqqında razılaşdıqları şərtlərdən asılıdır.

Son xəbərlər
Digər xəbərlər