16.2 C
Baku
Wednesday, May 14, 2025

Bu ölkələrdə öz biznesinizi cəmi 15 dəqiqəyə qura bilərsiniz

Mütəxəssislər Avropada biznes qurmaq arzusunda olanlar üçün ən uyğun ölkələri sıralayıb. Bu ölkələrin təklif etdiyi imkanlar sahibkarlara yol açır.

2025-ci ildə biznesə başlamağın daha asan olacağı Avropa ölkələrini təqdim edirik:

Estoniya

Elektron rezidentura sayəsində siz rəqəmsal infrastruktura malik Estoniyada onlayn şirkətinizi yarada bilərsiniz. Bütün əməliyyatlarınızı rəqəmsal olaraq asanlıqla həyata keçirə bilərsiniz. Mənfəət bölüşdürüldükdə vergi tutulur. Şirkətinizi qurmaq cəmi 15 dəqiqə çəkir.

Niderland

Niderland həm strateji yeri, həm də yüksək ixtisaslı işçi qüvvəsi sayəsində texnologiya şirkətlərinin sevimlisidir. 25,8% korporativ vergiyə baxmayaraq, vergi güzəştləri və dəstək proqramları kifayət qədər güclüdür.

Danimarka

Biznesin asanlığına görə dünyada birinci yerdədir. Şirkət qeydiyyatı onlayn və sürətlidir, korporativ vergi 22% təşkil edir. Etibara əsaslanan biznes mədəniyyəti və çevik əmək bazarı ilə seçilir.

İrlandiya

Aşağı korporativ vergi və rəqəmsal infrastruktura görə biznes qurmaq istəyənlər üçün cəlbedici ölkələrdən biridir. “Enterprise Ireland” hər il yüzlərlə startapı dəstəkləyir.

Bolqaristan

10% korporativ vergi dərəcəsi ilə Avropada ən aşağı dərəcələrdən birinə malikdir. Əmək xərcləri aşağıdır və şirkətin yaradılması cəmi bir neçə həftə çəkir. Bununla belə, korrupsiya riski nəzərə alınmalıdır.

İngiltərə

Hər il 360 mindən çox müəssisənin qurulduğu bazar. Onlayn şirkətin qurulması 24 saat ərzində tamamlana bilər. O, geniş maliyyə imkanları, güclü hüquq sistemi və müxtəlif vergi güzəştləri təklif edir.

MənbəUnikal.az
Son xəbərlər
Digər xəbərlər