12 C
Baku
Friday, November 28, 2025

Bu ölkələrdən olanların “Green card”ları yenidən yoxlanılacaq

ABŞ-də 19 ölkədən olan şəxslərə verilmiş bütün “Green card”lar yenidən yoxlanılacaq.

Bu barədə ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinin (USCIS) direktoru Cozef Edlou açıqlayıb.

“ABŞ prezidentinin göstərişi ilə mən narahatlıq doğuran hər bir ölkədən olan əcnəbilərin “Green card”larının hərtərəfli, ciddi şəkildə yenidən nəzərdən keçirilməsini əmr etdim”, – Edlou qeyd edib.

O, söhbətin Ağ Ev rəhbərinin iyun ayında imzaladığı fərmanda adı sadalanan 19 ölkədən getdiyini açıqlayıb.

Qeyd edək ki, D.Trampın iyunun 4-də imzaladığı sərəncama əsasən, 12 ölkə (Əfqanıstan, Haiti, İran, Yəmən, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Çad, Ekvatorial Qvineya və Eritreya) vətəndaşlarının ABŞ-yə girişi qadağan edilib, daha 7 ölkənin (Burundi, Venesuela, Kuba, Laos, Syerra-Leone, Toqo və Türkmənistan) sakinlərinə isə qismən məhdudiyyətlər tətbiq edilib.

Son xəbərlər
Digər xəbərlər