Bu ölkələrin vətəndaşları Rusiya banklarında onlayn hesab aça biləcəklər – Siyahıda Azərbaycan da var

Rusiya hökuməti vətəndaşlarının Rusiya Federasiyasında maliyyə əməliyyatları üçün identifikasiyadan keçə biləcəyi 25 ölkənin siyahısını təsdiqləyib. Bu barədə Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin sərəncam imzalayıb.

Siyahıya MDB ölkələri, eləcə də bir sıra digər dövlətlər daxildir: Əlcəzair, Bəhreyn, Braziliya, Misir, Hindistan, İndoneziya, Qətər, Çin, Küveyt, Malayziya, Monqolustan, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Pakistan, Səudiyyə Ərəbistanı, Tailand və Türkiyə.

Sərəncam 2023-cü ilin iyulunda qəbul edilib və xarici vətəndaşların Rusiyada maliyyə xidmətlərinə çıxışını sadələşdirən federal qanunun müddəalarını həyata keçirmək üçün lazımdır. Sənədə əsasən, Rusiya bankları Rusiya Federasiyasında xarici şirkətlər və vətəndaşlar üçün distant formatda hesab açmaq hüququ əldə edirlər. Bunun üçün onlar müştəriləri müəyyən edəcək xarici maliyyə qurumu ilə müqavilə bağlamalıdırlar. Proseduru tamamladıqdan sonra turistlər şəxsi iştirak olmadan Rusiya bankında hesab və ya əmanət aça biləcəklər.

Son xəbərlər
Digər xəbərlər