DeFacto, Akasya AVM-dəki mağazasını yeniləyib və “ağıllı mağaza” konsepti ilə son texnologiyanı müştərilərinə təqdim edib.
Yeni mağaza konseptinə görə, hər-hansı kassa yoxdur və nümunələr dörd ölçüdə təqdim edilib. Yeni mağaza konsepti “defacto.com.tr”nin texnoloji baxımdan yenilənmiş versiyasıdır.
Mağazanı ziyarət edən müştərilər, məhsulları “ağıllı” kabinetlərdə nəzərdən keçirir və güzgülər vasitəsilə onların rənglərini və qiymətini görə bilir. Müştərinin aldığı məhsul 24 saat içində ünvanına çatdırılır.
DeFacto CEO-su İhsan Ateş isə açıqlamasında deyib ki, “ağıllı mağaza” konseptinin reallaşması üçün 1 milyon TL investisiya ediblər: “Buna bir təcrübə olaraq deyil, uzunmüddətli biznes plan kimi baxırıq”, – deyə CEO sözlərinə əlavə edib.
©Facemark.az