26 C
Baku
Cümə, Sentyabr 17, 2021

“Bu qızılca deyil”: peyvəndin yaradıcısı pandemiyaya son qoymağın mümkün olmadığını açıqlayıb

Screen Shot 2021 09 02 at 14.34.20

Professor və Oksford Universitetinin peyvənd inkişafetdiriciləri qrupunun rəhbəri Endrü Pollard daha yoluxucu olan “delta” ştamının yayılması şəraitində COVID-19-a qarşı kollektiv immunitetin əldə edilməsinin mümkün olmadığını söyləyib.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

“Problem ondan ibarətdir ki, bu qızılca deyil. Koronavirus əleyhinə peyvənd olunmuş insanlar onsuz da “delta” ştamına yoluxacaqlar. Və bu o deməkdir ki, bizim bunun qarşısını almaq üçün heç nəyimiz yoxdur”, – deyə Pollard parlament deputatları qarşısında çıxışında əlavə edib.

Mövcud peyvəndlər COVID-19 virusundan irəli gələn ağır simptomlara və ölüm hadisələrinə qarşı çox effektiv olsa da, insanı təkrar yoluxmadan qorumur. Kollektiv immunitet konsepsiyası dünya əhalisinin böyük hissəsinin peyvənd olunduqdan və ya xəstələnib sağaldıqdan sonra immunitet əldə edəcəyini nəzərdə tutur. Beləliklə, kollektiv immunitet peyvənd olunmamış və yoluxmamış insanların təhlükəsizliyi təmin etmiş olur.

London İmperial Kolleci tərəfindən aparılan araşdırmaya görə, 18 yaşdan 64 yaşa qədər peyvənd olunmuş insanların peyvənd olunmamış insanlarla müqayisədə təkrar yoluxma riski təxminən 49% azdır. Pollardın fikrincə, əlavə peyvənd iki halda tələb oluna bilər: iki doza peyvənd vurulandan sonra xəstəxanalara yerləşdirilmə sayının və peyvənd edilənlər arasında ölüm hallarının artması.

Qeyd edək ki, Böyük Britaniya əhalisinin 75%-i iki doza peyvənd vurdurub. Ölkənin səhiyyə naziri Sajid Cavid növbəti aydan ən həssas qruplarına buster peyvənd təklif etməyə planlaşdırdığını bildirib. Oksford Universiteti “AstraZeneca” peyvəndini yaradıb. İnkişafetdiricilərə görə, bu preparatın “delta” ştamına qarşı effektivliyi 60% təşkil edir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər