13 C
Baku
Friday, November 8, 2024

Bu qurumda Bakı 2015-ə görə iş vaxtı dəyişdi

Mayın 1-dən iyulun 1-nə kimi İcbari Sığorta Bürosu xüsusi iş rejiminə keçəcək

İlk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar mayın 1-dən iyulun 1-nə kimi İcbari Sığorta Bürosu xüsusi iş rejiminə keçəcək.

İSB-dan verilən məlumata görə, adi iş günlərindən fərqli olaraq işçilər işə daha tez başlayıb, iş gününü daha tez yekunlaşdıracaqlar.

İşçilərin 50%-i üçün iş vaxtı saat 8:00-dan başlayıb, saat 17:00-da, digər 50 %-i üçün isə 08:30-dan başlayıb 17:30-da bitəcək.

Xatırladaq ki, bir müddət əvvəl Nazirlər Kabineti Respublikamızda keçirilən Birinci Avropa Oyunlarına görə nəqliyyatda sıxlığın qarşısını almaq məqsədilə dövlət və qeyri-dövlət qurumlarında iş rejimini dəyişmək barədə qərar verib. Birinci Avropa Oyunları bitdikdən sonra müəssisələr adi iş rejiminə qayıdacaq.


ANS PRESS

Son xəbərlər
Digər xəbərlər