19 C
Baku
Saturday, October 1, 2022

Bu qurumun əməkdaşları saxlanılıb

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları oğurluq edərkən saxlanılıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 8-də Sumqayıt şəhəri ərazisindəki çeşidləmə stansiyası ərazisindən istismar müddəti başa çatmış 9 ədəd vaqonun xarici və 10 ədəd daxili yayını, 15 ədəd vaqon asılqanını və 3 ədəd avtomobil qoşqusunu S.Berdiyevə məxsus “QAZel” markalı avtomobillə oğurlamağa cəhd göstərən Biləcəri Lokomotiv Deposunun maşinist köməkçisi, Bakı şəhər sakini E.Əmiraslanov, maşinisti, İsmayıllı rayon sakini A.Süleymanov və vaqon tərtibatçısı, Şabran rayon sakini E.Qəniyev saxlanılıblar.

Son xəbərlər
Oxşar xəbərlər