2017-ci ildə Zaqatala rayonundan fındıq ixracının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Bu barədə Zaqatala Rayon İcra Hakimiyyətindən məlumat verilib.
“2016-cı ilin yekunları üzrə rayondan 91 mln. manat məbləğində fındıq ixrac edilib. Bu il ixracın həcminin əhəmiyyətli dərəcədə artaraq 120 mln. manata çatacağı gözlənilir”, – deyə məlumatda bildirilir.
2016-cı ildə rayonda 8,9 min ton fındıq istehsal olunub. 2017-ci ildə istehsalın 13 min ton səviyyəsində olacağı proqnozlaşdırılır.