12 C
Baku
Bazar, Oktyabr 24, 2021

Bu rayon və şəhərlər üzrə pensiyalar ödənildi

Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənildi.

Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili deyib.

Onun sözlərinə görə, DSMF Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyaçıların (317 339 nəfər) noyabr ayının pensiya vəsaitlərini artıq onların hesablarına köçürüb.

Vətəndaşlar pensiyalarını “Beynəlxalq Bank”dan və “Kapital Bank”dan verilmiş bank kartları vasitəsilə həmin bankların bankomatlarından əldə edə bilərlər.

Mənbə:Modern.az
Son xəbərlər
Oxşar xəbərlər