8 C
Baku
Thursday, March 28, 2024

Bu rayonda da modul tipli 10 məktəb binası quraşdırılacaq

Qəzalı vəziyyətdə olan ümumtəhsil müəssisələrinin modul tipli məktəblərlə əvəzlənməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Lerik rayonunda da yeni məktəb binaları inşa edilir.

Banker.az AZƏRTAC-a istinadla bildirir ki, ötən tədris ilində Lerikdə modul tipli 5 məktəb binası quraşdırılaraq müəllim və şagirdlərin ixtiyarına verilib. Bu il isə rayonda bu tipli 10 məktəb binasının quraşdırılması nəzərdə tutulub.

Artıq yeni məktəblərin ikisi istifadəyə verilib. Hazırda rayonun Monidigah kəndində 1937-ci ildə tikilmiş məktəbin həyətində 96 şagird yerlik modul tipli məktəb binasının quraşdırılması davam etdirilir. Yeni məktəb binası fevral ayında istifadəyə veriləcək.

Son xəbərlər
Digər xəbərlər