Biləsuvar şəhərində içməli suyun verilişi bərpa olunub.
Bu barədə Biləsuvar Rayon İcra Hakimiyyətindən bildirilib.
Şəhəri içməli su ilə təchiz edən mərkəzi boru kəmərində baş vermiş qəzanın nəticələri “Azərsu” ASC-nin Biləsuvar rayon Su Kanal idarəsi tərəfindən aradan qaldırılıb.
Qeyd edək ki, bu gün Biləsuvar şəhərini içməli su ilə təchiz edən mərkəzi boru kəmərində qəza baş verib. Nəticədə şəhərin su təsərrüfatında saat 13:00-dan müvəqqəti fasilə yaranıb.