25 mayda Neftçala şəhərinə yeni çəkilmiş ikinci magistral su kəmərinin şəhərin su təchizatı sistemlərinə qoşulması və birinci magistral kəmərlə əlaqələndirilməsi işləri aparılacaq.
Bu barədə Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
“Bununla əlaqədar 24 may tarixində gecə saatlarından birinci magistral kəmərdən Neftçala şəhərinə, Bankə qəsəbəsinə və kəmərdən su alan kəndlərə içməli suyun verilməsi dayandırılacaq. Yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyirik”, – deyə məlumatda bildirilir.