Bu gün ərzində Bakı şəhəri Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Məhdudiyyətlərə səbəb su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.