30 C
Baku
Friday, July 5, 2024

Bu rayonlara gedən yolda hərəkət məhdudlaşdırılır

M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 35.6-cı km-də hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yollari Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq 30 may saat 00:00-dan 07:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər