Neftçalaya yeni prokuror təyin edilib.
Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Zeynal Zeynalov tutduğu vəzifədən azad edilərək Neftçalaya yeni prokuror təyin edilib.
Kəlbəcərə yeni prokuror təyin edilib.
Bununla bağlı Baş pokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəis müavini İsmayılov İlkin İsmayıl oğlu tutduğu vəzifədən azad edilib.
Digər əmrlə isə İ.İsmayılov Kəlbəcərin yeni prokuroru təyin edilib.
Cəlilabada yeni prokuror təyin edilib.
Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin rəisi Məmmədov İlqar Gülənməd oğlu tutduğu vəzifədən azad edilib. Yeni əmrlə o, Cəlilabadın prokuroru təyin edilib.
Saatlı rayonu prokuroru Adil Vəliyev vəzifəsindən azad olunub.
Bu barədə baş prokuror Kamran Əliyev Əmr imzalayıb.
Baş prokurorun digər Əmri ilə Elnur Rüstəmov Saatlının yeni prokuroru təyin edilib.
Qeyd edək ki, E.Rüstəmov bu təyinata qədər Prokurorluqda İstintaqa nəzarət idarəsinin rəis müavini, daha əvvəl Füzuli rayonunun prokuroru işləyib.